Bu gün 41 dərəcə isti olacaq 

saytların hazırlanması

Evə çatdırılma

Bu gün 41 dərəcə isti olacaq 

Sosial

12 Avqust 2021 07:22 1068


Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, havanın temperaturu gecə 25-28° isti, gündüz 37-39°, bəzi yerlərdə 40-41° isti, Bakıda gecə 26-28° isti, gündüz 38-40° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.  Marqarita pizza

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 36-41°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 26-31° isti olacaq.

Avqustun 11-14-də ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40 °, bəzi yerlərdə 41-42° isti, Respublikanın rayonlarında 35-40 ° isti, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!