Bu gün hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bu gün hava necə olacaq?

Sosial

06 Sentyabr 2021 09:05 750


Bu günə gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-31° isti olacaq. Sezar pizza

   Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi  norma daxilində - 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 faiz, gündüz 45-50 faiz olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22°  isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!