Bu gün milli parklarda “açıq qapı“ günü keçiriləcək 

saytların hazırlanması

Evə çatdırılma

Bu gün milli parklarda “açıq qapı“ günü keçiriləcək 

Sosial

03 İyun 2022 10:39 815


“Ümumdünya Ətraf Mühit Günü” ilə əlaqədar iyunun 5-də Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək. 

Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Yenisabah.az-a bildirib ki, 1972-ci ildən başlayaraq hər il iyunun 5-i bütün dünyada “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd edilir.

“Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə və ekoloji məsələlərə yönəltməklə təbiəti qorumağın vacibliyini vurğulamaqdır”.  Marqarita pizza

S.Məmmədova qeyd edib ki, hər il 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə olunması, sudan səmərəli istifadə və bu kimi digər maarifləndirici tədbirlər həyata keçirilir.

“Çox sevindiricidir ki, ölkəmizdə təbiətsevərlərin sayı artır, ətraf mühit problemlərinə qarşı ictima qınaq formalaşır, insanlar artıq laqeyd mövqe tutmadan problemlərin həlli istiqamətində öz köməklərini əsirgəmirlər”.

S.Məmmədova bildirib ki, bu əlamətdar günü təbiət qoynunda keçirmək istəyən hər kəs Azərbaycanın müxtəlif bölgələrində yerləşən, zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımıza səyahət edə və  füsunkar təbiət ərazilərində səmərəli gün keçirə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!