28 May - 18:45
Bu gün peyvənd olunanların sayı açıqlandı - Foto

Bu gün peyvənd olunanların sayı açıqlandı - Foto

Sağlamlıq

22 Yan 2022 16:47


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 217 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621 nəfərdir. İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 791 nəfərdir. Buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 805 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 791 254, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 212 082, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 727 150, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 852 022 təşkil edir.


Youtube kanalımız


Digər xəbərlər