Bu gün 20 000-dən çox ağac əkilib

saytların hazırlanması

Evə çatdırılma

Bu gün 20 000-dən çox ağac əkilib

Sosial

27 Dekabr 2022 17:12 642


Respublikanın bütün regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Yevlax rayonunda keçirilib və 4 hektar meşə fondu torpağının açıq və seyrək ərazisində 3300 müxtəlif növ ağac tingi əkilib, 100 kiloqramdan çox palıd toxumu səpilib. 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bu gün meşəbərpa tədbirləri, eyni zamanda Şəki, Qəbələ, Tovuz, Şəmkir, Şamaxı, Masallı, Lənkəran rayonlarının meşə fondu torpaqlarında da həyata keçirilib. Beləliklə, gün ərzində ümumilikdə 23 hektar meşə fondu sahəsində 20 500 ədəd müxtəlif növ ağac tingi əkilib, 1 tondan artıq toxum səpilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!