Bu gündən hava kəskin dəyişir - Külək, yağış, qar...

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən hava kəskin dəyişir - Külək, yağış, qar...

Sosial

23 Fevral 2023 08:35 697


Bakıda və Abşeron yarımadasında fevralın 23-də günün ikinci yarısında şimal küləyi 15-20 m/s, 24-də arabir 23-28 m/s-yə çatacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilir. 

Hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Belə ki, fevralın 23-ü axşama doğru arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə sulu qara keçəcəyi, 24-də gün ərzində fasilələrlə sulu qar, axşam tədricən kəsiləcəyi gözlənilir.  Dördpendirli pizza

Azərbaycanın rayonlarında fevralın 23-də gecə və səhər əsasən şimal və qərb rayonlarında, 23-ü axşama doğru və 24-də əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 

Fevralın 22-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!