Bu günün havası: Yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu günün havası: Yağış yağacaq

Sosial

02 Noyabr 2021 09:12 1039


Noyabrın 2-ə gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Sezar pizza

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!