Bu il pulsuza daha çox abituriyent düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bu il pulsuza daha çox abituriyent düşdü

Sosial

06 Sentyabr 2021 18:55 1119


Bu il dövlət sifarişli ixtisaslara qəbul olanların sayı ötən ilkindən daha çoxdur.

Yenisabah.az DİM-ə istinadən xəbər verir ki, bu il 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

Qeyd edək ki, ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötən ilki göstəricidən 1057 nəfər çoxdur. Bu il, həmçinin qəbul olunan subbakalavrların sayı da 1025 nəfər daha çoxdur. Pepperoni pizza

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!