Bu ilanı görənlər gözlərinə inanmadı – 2 başı, 4 gözü var

saytların hazırlanması

Evə çatdırılma

Bu ilanı görənlər gözlərinə inanmadı – 2 başı, 4 gözü var

Maraqlı

07 Oktyabr 2026 14:28 87


Hindistanda iki başlı və dörd gözlü nadir ilan görənləri təəccübləndirib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Qucarat ştatının Dahod bölgəsində baş verib. Təxminən 15 santimetr uzunluğunda olan ilan ərazidə yaşayanların diqqətini çəkib. Daha sonra təbiət könüllüləri tərəfindən təhlükəsiz şəkildə qorunub. İlan Aqаsvani kəndindəki ərazidə aşkarlanıb. Onun zəhərsiz “canavar ilanı” növünə aid olduğu bildirilib. İlanın hər iki başında ayrıca gözləri olduğu müəyyənləşib.

Sakinlərin məlumatından sonra hadisə yerinə gələn Dahod Prakruti Mitra Mandal üzvləri ilanı təhlükəsiz şəkildə ərazidən götürüblər. Bildirilir ki, Qucaratda bu növdə iki başlı ilanın ilk dəfə görüldüyü qeydə alınıb. Mütəxəssislərin sözlərinə görə, heyvanlarda iki başın yaranması “bisefaliya” adlanan nadir inkişaf pozuntusu ilə bağlıdır. Bu hal embrionun inkişafı zamanı meydana gəlir və bir bədəndə iki başın formalaşmasına səbəb olur. Sezar pizza

Belə heyvanların iki başı ayrı-ayrılıqda hərəkət edə və fərqli beyinlərə sahib ola bilər.

Hindistanın müxtəlif bölgələrində əvvəllər də iki başlı ilanlara rast gəlindiyi məlumdur. Mütəxəssislər belə halların heyvanların təbiətdə yaşamasını çətinləşdirə bildiyini bildirirlər.

Qucaratda aşkarlanan ilan isə görünüşü ilə ətrafdakıların böyük təəccübünə səbəb olub.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!