“Bu iti çölə atın” – Tatlısəs qızını evdən qovdu

saytların hazırlanması

Evə çatdırılma

“Bu iti çölə atın” – Tatlısəs qızını evdən qovdu

Şou

18 Avqust 2025 10:22 418


İbrahim Tatlısəsin qızı Dilan Çıtakı evindən qovub.

Yenisabah.az xəbər verir ki, Dilan onunla mübahisə zamanı özünə hakim ola bilməyib. Hirsini cilovlaya bilməyən qız pultu Tatlısəsə atıb. 

Tatlısəs işçilərinə "Bu iti çölə atın" deyərək qızını evdən çıxarmağı əmr edib. O, çölə çıxarıldığı üçün tərəflər arasında gərginlik yenidən alovlanıb.  pizza

Hadisədən sonra Tatlısəs prokurorluğa rəsmi şikayət edib. Sonradan şikayətini geri götürsə də, prokurorluq Türkiyə Cəza Məcəlləsinin 6-cı maddəsinə əsasən, işi ictimai iddiaya çevirib.

Türkiyə Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən, Dilan Çıtak “silahla (pult - red.) xəsarət yetirməyə cəhd” maddəsi ilə mühakimə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!