Vətəndaşlara şad xəbər –   Ayda bir dəfə pulsuz olacaq!

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşlara şad xəbər – Ayda bir dəfə pulsuz olacaq!

İqtisadiyyat

25 Oktyabr 2026 09:15 257


Fiziki şəxslər şəxsi istifadə məqsədilə ayda bir dəfə müəyyən edilmiş miqdarda siqaret və alkoqollu içkini gömrük ödənişləri ödəmədən Azərbaycana gətirə bilərlər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin əməkdaşı Elşən Cəfərov məlumat verib.

O bildirib ki, 18 yaşına çatmış hər bir vətəndaş ay ərzində bir dəfə güzəştli qaydada 1,5 litr alkoqollu içki və 200 ədəd siqaret gətirmək hüququna malikdir. Marqarita pizza

Elşən Cəfərovun sözlərinə görə, qeyd olunan miqdar şəxsi istifadə üçün nəzərdə tutulub və müəyyən edilmiş hədlər daxilində məhsullar gömrük ödənişləri ödənilmədən gömrük ərazisinə gətirilə bilər.

Beləliklə, 18 yaşına çatmış vətəndaşlar ayda bir dəfə şəxsi istifadə üçün 1,5 litrədək alkoqollu içki və 200 ədəd siqareti güzəştli qaydada ölkəyə gətirə bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!