Bu kişilər pensiyaya 5 il tez çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu kişilər pensiyaya 5 il tez çıxacaq

Sosial

13 Mart 2024 15:38 1523


Kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının

Qanununda dəyişiklikdə qeyd olunub.   pizza

Layihəyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.

Digər bir dəyişikliklə, yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. 

Layihəyə əsasən, həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaqır.

Belə ki, Qanunun 8.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyə etdikdə və bu uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ əldə edirlər. Bu hal isə sui-istifadə hallarının artmasına səbəb ola bilər. Belə ki, qadınların 3 və ya 4 uşağı varsa, yaxın qohumlarının və digər şəxslərin uşaqlarını (hansı ki anası və ya atası və ya hər ikisi sağ olan) övladlığa götürərək 5 uşaq sayının tamamlanması nəticəsində pensiya hüququ əldə edə bilərlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!