"Tesla" şirkəti elektrikli pikap modeli olan "Cybertruck"ın qiymət siyasətində dəyişiklik edib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki,şirkət avtomobilin iki versiyası üzrə qiymətləri 5 min dollar artırıb. Açıqlanan yeni qiymətlərə əsasən, bəzək modeli olan "Dual Motor"un qiyməti 69 min 990 dollardan 74 min 990 dollara yüksəlib. "Premium All-Wheel Drive" versiyası isə 79 min 990 dollardan 84 min 990 dollara qaldırılıb. Ən üst komplektasiyaya sahib "Cyberbeast" modelinin qiyməti dəyişməyərək 99 min 990 dollar səviyyəsində qalıb.
Qiymət artımı fondunda şirkətin satış göstəricilərində ciddi düşüş diqqət çəkir. "Cox Automotive"in məlumatına görə, "Tesla" 2026-cı ilin ilk altı ayında ABŞ-də cəmi 7 min 263 ədəd "Cybertruck" sata bilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32.2 % azalma deməkdir. Mövcud rəqəmlər CEO İlon Maskın daha əvvəl elan etdiyi illik 250 min ədədlik satış hədəfindən kifayət qədər uzaqdır. Sezar pizza
"Morningstar" analitiki Set Qoldsteyn (Seth Goldstein) bildirib ki, qiymət artımı satışların düşməsinə baxmayaraq şirkətin gəlir marjasını qorumaq məqsədi daşıyır. Ekspertin sözlərinə görə, "Tesla" "Cybertruck"ı kütləvi istehsal edilən nəqliyyat vasitəsindən daha çox az sayda satılan lüks konsept avtomobil kimi mövqeləndirmək strategiyasını seçib.
Telegram kanalımız