Bu necə yaz havasıdır? – Sabah da qar yağacaq 

saytların hazırlanması

Evə çatdırılma

Bu necə yaz havasıdır? – Sabah da qar yağacaq 

Sosial

22 Mart 2022 12:22 1618


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.  

Havanın temperaturu gecə 1-3° isti, gündüz  6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq. Dördpendirli pizza

Atmosfer təzyiqi  normadan yüksək 773  mm civə sütunundan 776  mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə  1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz  0-5° şaxta olacaq.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!