Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Siyasət

27 İyul 2026 11:53 121


Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Esprielya dövlət xərclərinin optimallaşdırılması siyasəti çərçivəsində ölkəsinin 15 dövlətdə, o cümlədən Azərbaycandakı səfirliklərini bağlamağı planlaşdırdığını bildirib.

“Yeni Sabah” Report-a istinadla xəbər verir ki, bu barədə o, televiziya ilə müraciətində bildirib.

De la Esprielya qeyd edib ki, inauqurasiya anından etibarən o, Kolumbiyanın ən azı 15 səfirliyini bağlayacaq. Dördpendirli pizza

Bunlar Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadakı səfirliklərdir.

O, həmçinin Kolumbiyanın Fələstində səfirliyinin açılması prosesini dayandıracağını da təsdiqləyib.

Qeyd edək ki, Abelardo de la Esprielya cari ilin iyun ayında Kolumbiyada keçirilən prezident seçkilərində qalib gəlib. O, avqustun 7-də rəsmi qaydada dövlət başçısı vəzifəsinin icrasına başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!