Bu ölkə koronavirusun başa çatdığını rəsmən elan etdi
03 İyn 2020 07:43
335

Bu ölkə koronavirusun başa çatdığını rəsmən elan etdi

Monteneqroda koronavirus epidemiyası başa çatıb.

Bu barədə ölkə hökuməti bildirib. "Monteneqroda COVID-19 epidemiyasının sona çatdığı elan edilir. Bu, bizim vətəndaşlarımızın və bütün sistemin uzun aylar davam edən səylərinin nəticəsidir", - deyə Monteneqronun Nazirlər Kabinetinin "Twitter"dəki xəbərində bildirilir.

Ölkədə bəzi məhdudlaşdırıcı tədbirlər ləğv ediləcək, ancaq davam edən pandemiyaya görə infeksiyanın qarşısının alınması ilə əlaqədar xarici ölkələrlə bağlı məhdudiyyətlərin bir hissəsi saxlanacaq.

Qeyd edək ki, Monteneqorda infeksiyaya ümumilikdə 324 yoluxma aşkar edilib, COVID-19-a yoluxmuş 9 pasiyent ölüb. /Report

Oxşar xəbərlər