Əmanətlərin Sığortalanması Fondunun ləğvetmə prosesini apardığı banklarla bağlı fəaliyyəti vətəndaşın narazılığına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, "Facebook"dakı "Müştəriyəm, şikayətim var" qrupunda Orxan Məmmədov adlı vətəndaş qurumun əsassız borc tələb etdiyini iddia edərək müraciət paylaşıb:
"Şikayətim Əmanətlərin Sığortalanması Fondundandır. İki il əvvəl ipoteka kreditini tam bağlamağımıza, bank qarşısında heç bir öhdəliyimizin qalmamasına baxmayaraq, bu qurum adımıza əlavə əsası və təyinatı olmayan 250 manat "borc" yazıb. Həm də 10 il əvvəl lisenziyası ləğv olunmuş "Zamin Bank"ın adı ilə. İndi istehlak krediti götürmək istədikdə ipoteka krediti aktiv görünür. 250 manat pul ödəməlisən ki, adın Mərkəzi Kredit Reyestrində (MKR) təmiz görünsün. Əslində, tamamilə bağlanmış ipoteka krediti üçün ləğv olunmuş bank adından təyinatı olmayan pul tələb etmək dələduzluqdur!" pizza sifarişi
Paylaşım sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə yol açıb.
Nazim Hacıyev
Telegram kanalımız