Çinin Sian şəhərində qəzəbli şəxs ekskavatorla hökumət binasına hücum edərək tikiliyə ciddi ziyan vurub.
"Yeni Sabah" Musavat.com istinadən xəbər verir ki, yerli medianın məlumatına əsasən, ekskavatorun sürücüsü təxminən bir saat ərzində binanın şüşə qapılarını, pilləkənlərini və fasadını dağıdıb.
Nəticədə hökumət binasının ən azı altı hissəsinə ciddi ziyan dəyib. Elektronika məhsulları
Məlumata görə, hadisəyə səbəb ətraf kəndlərin sakinlərinə ödənilməli olan kompensasiyalarla bağlı məhkəmə prosesinin uzun müddət davam etməsi və vəsaitin hələ də ödənilməməsidir.
Hücum zamanı binada çalışan əməkdaşlar təcili təxliyə edilib.
Ekskavatorun sürücüsünü dayandırmaq üçün hadisə yerinə 20 nəfərdən ibarət xüsusi təyinatlı dəstə göndərilib.
Telegram kanalımız