26 milyon avroluq maaşdan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

26 milyon avroluq maaşdan imtina etdi

İdman

10 Noyabr 2026 23:39 95


Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının baş məşqçisi Simone İnzaqi komandanı tərk etmək qərarına gəlib.

"Yeni Sabah" xəbər verir ki, bu haqda insayder Nikolo Skira məlumat yayıb. İtaliyalı mütəxəssis gələn ilin iyulunadək qüvvədə olan müqaviləsini yeniləməyəcək.

Bildirilir ki, “İnter”in sabiq baş məşqçisi Səudiyyə Ərəbistanında il ərzində 26 milyon avro məvacib alır. O, 2025-ci ilin yayından “Əl-Hilal”a rəhbərlik edir. Bakıda online alış-veriş

Komanda hazırda Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlinə liderlik edir. Paytaxt təmsilçisinin 11 turdan sonra 30 xalı var.

Qeyd edək ki, oktyabr ayında yayılan məlumatlara əsasən, “Arsenal”ın baş məşqçisi Mikel Arteta London klubu ilə müqaviləsini uzatdıqdan sonra dünyanın ən çox maaş alan futbol məşqçiləri siyahısında birinci pilləyə yüksəlib. Bununla da o, bu göstəricidə İnzaqini geridə qoyub./Qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!