Bakı-Sumqayıt yolunda tıxacın səbəbi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Sumqayıt yolunda tıxacın səbəbi bilindi

Sosial

10 Noyabr 2026 23:07 66


Bakı-Sumqayıt yolunda müşahidə olunan nəqliyyat sıxlığı bayram günlərinin başa çatması ilə əlaqədar vətəndaşların bölgələrdən paytaxta kütləvi şəkildə qayıtması nəticəsində yaranıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

"Hazırda sözügedən ərazidə yol hərəkəti Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. Nəqliyyat axınının tənzimlənməsi və sıxlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları, ara məsafəsini gözləmələri və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur. Hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub. Online shopping Azərbaycan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!