Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib

Siyasət

10 Noyabr 2026 19:35 59


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib.

"Yeni Sabah" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin üzvü Mövlud Çavuşoğlu, Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar. İnternetdən sifariş


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!