Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

saytların hazırlanması

Evə çatdırılma

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

Dünya

10 Noyabr 2026 19:19 47


ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"İrana qarşı iqtisadi təzyiq o qədər dağıdıcı və təsirlidir ki, prezident hələlik genişmiqyaslı döyüş əməliyyatlarının aparılmasına ehtiyac olmadığına qərar verib. Çünki biz eyni məqsədlərə iqtisadi vasitələrlə nail oluruq. Məişət texnikası

Eyni zamanda həm Hörmüz boğazında gəmiçiliyi qoruyuruq, həm də İranın dəniz limanlarının blokadasını təmin edirik", - deyə Rubio bəyan edib.

Aşağıdakı məqaləni tam şəkildə orfoqrafik və qrammatik cəhətdən düzəldilmiş formada təqdim et, ardından maraqlı, cəlbedici başlıqlar ver

Rubio əlavə edib ki, ABŞ danışıqlarda müharibənin başa çatdırılması imkanı ilə bağlı İranın hazırkı şərtlərini rədd edir və Tehranın tələblərini absurd sayır.

"İran çox istəyir ki, razılaşma olsun. Problem ondadır ki, onların irəli sürməyə davam etdiyi şərtlər absurddur. Onlar hazırda, mahiyyət etibarilə, sadəcə ciddi davranmırlar. Lakin bu, əlbəttə ki, dəyişə bilər", - o qeyd edib.

Onun sözlərinə görə, İran, xüsusilə, reparasiyalar tələb edir:

"Reparasiyaları onlar ödəməlidirlər, çünki uzun müddət ərzində Yaxın Şərq regionunda sabitliyi pozan məhz onlardır"./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!