Azərbaycan məscidinə erməni şairin adı verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan məscidinə erməni şairin adı verildi

Hadisə

10 Noyabr 2026 16:31 57


Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Növbəti mərhələdə həmin zalda şairin büstünün qoyulması planlaşdırılır.

"Yeni Sabah" Trend-ə istinadla xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq təşəbbüs çərçivəsində İrəvanda işgüzar səfərdə olan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şairin adının əks olunduğu lövhənin açılışını edib. Məişət texnikası

İranın Ermənistandakı səfirliyindən məlumatına əsasən, növbəti mərhələdə məscidin mərasim zalında Çarentsin büstünün quraşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, İrəvandakı Göy məscid Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı mühüm abidələrdən biridir. XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilən məscid İrəvan xanı Hüseynəli xanın adı ilə bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!