Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş

Kriminal

11 Noyabr 2026 09:13 56


Tərtərdə həmkəndlisi S.A-ya “Kalaşnikov”la atəş açan 1990-cı il təvəllüdlü B.Q-nin məhkəmə prosesi başa çatıb.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Cinayət Məcəlləsinin 29, 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinən B.Q. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məişət texnikası

Hadisə qısqanclıq zəminində baş verib. B.Q. buna görə S.A-ya kənddən getməsi ilə bağlı xəbərdarlıq edib. Sonradan təqsirləndirilən şəxs zərərçəkmişin “VAZ-21014” markalı avtomobilinə “Kalaşnikov”la atəş açıb.

Avtomatdan atılan güllələrin heç biri S.A-ya dəyməsə də, maşın zərər görüb. Hadisədən sonra təqsirləndirilən şəxs polisə təslim olub.

Hadisəni törədən şəxs keçmiş hərbçi olmaqla yanaşı, Vətən müharibəsində iştirak edib. B.Q. döyüşlərdə yaralandığı üçün ehtiyata buraxılıb, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.  O, hadisədə istifadə etdiyi avtomatı Ağdərə istiqamətində taparaq özündə saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!