Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu qadınlar arasında 79,3, kişilər arasında isə 74,9 yaş təşkil edib. Ən yüksək göstəricilər Sədərək rayonunda, ən aşağı göstəricilər isə Naftalan və Siyəzəndə qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə 2025-ci ilin statistik məlumatlarında qeyd olunub.
Məlumata əsasən, ötən il Azərbaycanda qadınlar üzrə doğulanda gözlənilən ömür uzunluğu kişilərlə müqayisədə 4,4 il çox olub. Dominos pizza
Bakı şəhərində də bu göstərici ölkə üzrə orta rəqəmlərdən yüksəkdir. Paytaxtda qadınlar üçün doğulanda gözlənilən ömür uzunluğu 80,4, kişilər üçün isə 76,3 yaş təşkil edib.
Ölkə üzrə ən yüksək göstərici isə Sədərək rayonunda qeydə alınıb. Belə ki, burada qadınlar üçün doğulanda gözlənilən ömür uzunluğu 89,3, kişilər üçün 86,8 yaş olub.
Ən aşağı göstəricilərə gəlincə, qadınlar üzrə minimum rəqəm 75,4 yaşla Naftalan şəhərində, kişilər üzrə isə 69,1 yaşla Siyəzən rayonunda qeydə alınıb.
Qeyd edək ki, doğulanda gözlənilən ömür uzunluğu müəyyən ərazidə doğulan hər bir insanın məhz həmin yaşa qədər yaşayacağı anlamına gəlmir. Bu, həyat cədvəllərinin hesablanması əsasında əldə edilən statistik göstəricidir. O, müvafiq dövrdəki səhiyyə, qidalanma, təhlükəsizlik və həyat şəraiti kimi amillərin ümumi mənzərəsini əks etdirir.
Göstərici inzibati ərazi vahidləri üzrə qadınlar və kişilər üçün ayrıca hesablanır və ərazilər arasında müqayisə aparmağa imkan verir.
Aytac Əliyeva
Telegram kanalımız