Sumqayıt şəhərində yerləşən apteklərdən birindən 35 min manat pul oğurlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən digər obyektlərə də daxil olaraq talama cinayətləri törətdiyi məlum olub. Toyuqlu pizza
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız