Ermənistana xəbərdarlıq: “Onların ayaqlarını qıracağıq”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistana xəbərdarlıq: “Onların ayaqlarını qıracağıq”

Dünya

05 Noyabr 2026 16:51 15


İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, o, “Ettilaat” qəzetində yayımlanan “Ermənistan Baş nazirinə açıq və səmimi müraciət” başlıqlı məqaləsində “Tramp marşrutu” (TRIPP) layihəsinin təsdiqlənməsinə münasibət bildirib.

Vilayəti Baş nazir Nikol Paşinyanın siyasətini tənqid edərək, layihənin təsdiqlənməsini nəticəsiz və Ermənistan xalqının maraqlarına zidd addım adlandırıb. Dördpendirli pizza

O, İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasını öz məsuliyyəti hesab etdiyini vurğulayıb.

Vilayəti qeyd edib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumətin zərərli addımlarından biri Ermənistanla Azərbaycan arasında düşmənçiliyin daha da dərinləşdirilməsi olub.

“Son sözümü Ermənistanın səfirinə də dedim: Tramp və müttəfiqləri İranın bu “qırmızı xətti”ni keçmək istəsələr, onların ayaqlarını qıracağıq”, - İranın Ali Rəhbərinin müşaviri Ermənistanın Tehrandakı səfirinə dediyi sözləri məqaləsində bölüşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!