Bu rayonlara qar yağıb 

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonlara qar yağıb 

Sosial

23 Yanvar 2024 12:40 455


Yanvarın 23-ü saat 12:00-a olan məlumatına əsasən Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR , Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran və Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a bildirilib ki, Bakı və Abşeron yarımadasında da səhər saatlarından başlayaraq sulu qar, qar davam edir. 

Şimal-qərb küləyinin sürəti Naftalan, Bakıda və Abşeron yarımadasında 18 m/s təşkil edib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.  pizza sifarişi

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 0-3 dərəcə isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!