Heydər Əliyev Beynəlxalq Aeroportunda Zəfər Günü ərəfəsində tədbir keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Beynəlxalq Aeroportunda Zəfər Günü ərəfəsində tədbir keçirilib

İqtisadiyyat

07 Noyabr 2026 10:39 44


Heydər Əliyev Beynəlxalq Aeroportu və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid övladları üçün xüsusi tədbir keçirilib.

Aeroportun Terminal 1-də yerləşən əyləncə zonasında 16 şəhid övladı bir araya gəlib. Onlar üçün müxtəlif oyunlar, yarışlar və əyləncəli fəaliyyətlərdən ibarət proqram hazırlanıb.

Uşaqlar animatorların təşkil etdiyi oyunlarda iştirak edib, sehrbaz şousunu izləyib və stolüstü oyunlarla əyləniblər. Proqram onların birlikdə maraqlı vaxt keçirməsinə və xoş xatirələr qazanmasına şərait yaradıb. Dominos pizza

Bu təşəbbüs Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsinə ehtiramın və onların övladlarına göstərilən diqqət və qayğının ifadəsi olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!