Qalmaqallı iş adamının villası SATIŞA ÇIXARILDI

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqallı iş adamının villası SATIŞA ÇIXARILDI

Sosial

06 Noyabr 2026 17:34 625


Azərbaycanın qalmaqallı iş adamı Nurlan Kərimliyə məxsus villa hərrac yolu ilə satışa çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, Ölkə.az-ın əldə etdiyi xəbərə görə, villa Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi ünvanında - “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yerləşir.

Sahəsi 774 kvadrat metr olan 2 mərtəbəli, 11 otaqlı villa 0.35651 ha torpaq sahəsində inşa olunub. pizza hut

Onun minimum satış qiyməti 1 milyon 897 200 manatdır. Lakin villanın hansı səbəbdən hərrac yolu ilə satışa çıxarıldığı məlum deyil.

Qeyd edək ki, sözügedən villa 2022-ci il aprelin 3-də partlayış baş vermiş gecə klubunu idarə edən şirkətlə bağlıdır.

“Location” gecə klubunda qeydə alınan partlayışa görə iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəsulov 5 il, O.Səfərli 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Bundan başqa, digər təqsirləndirilən Ruslan Məmmədova isə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə şikayəti təmin etməyib.

“Merser food”un qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur. Onun adına olan bir digər şirkət “Merser” ASC-nin hüquqi ünvanı isə hərraca çıxarılan villanın olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri (Ərəblinka), ev 16 B-dir.

Şirkət 2018-ci ilin sentyabrında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.

Bu ünvanda daha əvvəl qeydiyyatda olan bir digər şirkət - “Merser Trade” MMC-nin 572 min 932 manat vergi borcu var.

Xatırladaq ki, villanın elanında borclu şəxsin ailəsinin hazırda fərdi yaşayış evində yaşadığı bildirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!