Bakı metrosu ilə bağlı MÜHÜM AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosu ilə bağlı MÜHÜM AÇIQLAMA

Sosial

07 Noyabr 2026 12:49 36


"Bakı Metropliteni" QSC-də 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində iş rejimi dəyişdiriləcək.

Bu barədə “Yeni Sabah”a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək; "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək; "İçərişəhər–Həzi Aslanov" və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə aralığında olacaq; ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Dominos pizza

"Bənövşəyi" xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, "Yaşıl" xətdə isə mövcud qrafik saxlanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!