Portağalın rəqibi bəlli oldu: C vitamini ilə daha zəngin qida 

saytların hazırlanması

Evə çatdırılma

Portağalın rəqibi bəlli oldu: C vitamini ilə daha zəngin qida 

Sağlamlıq

07 Noyabr 2026 11:15 37


C vitamini deyəndə ilk ağıla portağal gəlsə də, bu vitaminlə daha zəngin olan meyvə və tərəvəzlər də var. Hətta onlardan bəziləri portağaldan xeyli çox C vitamini ehtiva edir.

“Yeni Sabah” xəbər verir ki, immun sisteminin normal fəaliyyəti üçün vacib olan C vitamini orqanizmdə istehsal olunmadığından qida vasitəsilə qəbul edilməlidir. Orta ölçülü bir portağalda təxminən 83 milliqram C vitamini var. Lakin bəzi meyvə və tərəvəzlər eyni miqdarda qəbul edildikdə bu göstəricini üstələyir.

C vitamini ilə zəngin qidalardan biri məhz qırmızı bolqar bibəridir. Bir stəkan doğranmış qırmızı bibərdə təxminən 128 milliqram C vitamini olur. pizza

Bu, yetkin adamların gündəlik C vitamini ehtiyacının təxminən 142 faizini təşkil edir. Qırmızı bibər A vitamini, fol turşusu, kalium və liflə də zəngindir.

Portağaldan daha çox C vitamini ehtiva edən meyvə və tərəvəzlər, eləcə də onların təxmini vitamin miqdarı belədir:

Qırmızı bibər – 1 stəkanda 128 mq

Quava – 1 porsiyada 125 mq

Manqo – 1 porsiyada 122 mq

Çiyələk – 1 stəkanda 119 mq

Yaşıl acı bibər – 1 stəkanda 109 mq

Papayya – 1 stəkanda 88 mq

Brokoli – 1 stəkanda 81,2 mq

Ananas – 1 stəkanda 78,9 mq

Kivi – 1 stəkanda 74,7 mq

Brüssel kələmi – yarım stəkanda 48 mq

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!