Bu ərazilərə güclü qar yağır

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərə güclü qar yağır

Sosial

07 Noyabr 2026 11:59 166


Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 7-si saat 11:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, yüksək dağlıq ərazilərdə qar yağır. Qar örtüyünün hündürlüyü Qrız və Şahdağda 5 sm-dir. pizza

Düşən yağıntının miqdarı Şahbuzda 9, Biləsuvar, Xızıda 7, Şamaxı, Gədəbəydə 6, Tovuzda 4, Ordubad, Sarıbaş (Qax), Kişçay (Şəki), Qobustan, Quba, Naxçıvan, Kürdəmir, Neftçala, Lerik, Ağstafa, İsmayıllıda 2, Şərur, Sədərək, Daşkəsən, Culfa, Şəmkir, Gəncə, Balakən, Ağsu, Xaçmaz, Qusar, Oğuz, Zaqatala, Şabran, Bərdə, Göyçay, Beyləqan, İmişli, Sabirabad, Lənkəran, Astara, Ağdam, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Kəlbəcər, Laçın, Qubadlıda da arabir yağış yağır.

Noyabrın 6-da Şahdağda şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 20 m/s-dək güclənib.

Ordubad, Daşkəsən, Naftalan, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qusar, Xaltan, Göyçay, Lerik, Şuşada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!