Nuhun gəmisinin axtarışında sensasiya – Yer altında nə aşkarlandı?

saytların hazırlanması

Evə çatdırılma

Nuhun gəmisinin axtarışında sensasiya – Yer altında nə aşkarlandı?

Maraqlı

07 Noyabr 2026 12:46 39


1959-cu ildə aşkar edilən və gəmini xatırladan forması ilə diqqət çəkən ərazidə aparılan yeni araşdırmalar Nuhun gəmisinin qalıqlarının tapılması ehtimalını yenidən gündəmə gətirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

Dini mətnlərə görə, təxminən 4 300 il əvvəl baş verdiyi bildirilən böyük tufan zamanı Nuh peyğəmbər ailəsini və heyvanları gəmidə xilas edib. Uzun illərdir sözügedən ərazini araşdıran tədqiqatçılar burada aşkar etdikləri tapıntıların Nuhun gəmisi ilə əlaqəli ola biləcəyini düşünürlər. pizza mizza

“Noah's Ark Scans” layihəsinin rəhbəri Endryu Cons bildirib ki, yerin təxminən 10 metr dərinliyində yanmış və yanmamış ağac qalıqları müəyyən edilib. Onun fikrincə, bunlar Nuhun gəmisinin qalıqları ola bilər.

Lakin tədqiqatçı həmin ağac parçalarının yüz illər əvvəl ərazidə sığınacaq tapan çobanların yandırdığı tonqaldan qalma ehtimalını da istisna etmir.

Araşdırmaçılar ehtimal olunan yanğının qəsdən törədildiyini, ildırım düşməsi və ya vulkan püskürməsi nəticəsində baş verdiyini hələ müəyyənləşdirə bilməyiblər.

Bibliyada Nuh peyğəmbərə gəmini su keçirməməsi üçün qatranla örtmək göstərişi verildiyi bildirilir. Tədqiqatçılar qatranın tezalışan maddə olduğunu və mümkün yanğının ağac qalıqlarının torpaqda daha uzun müddət qorunmasına şərait yarada biləcəyini düşünürlər.

Əvvəlki araşdırmalarda georadar vasitəsilə yerin altında bir neçə kamera və tunelə bənzər struktur müəyyən edildiyi iddia olunub. Tədqiqatçılar bu strukturların ölçülərinin Bibliyada təsvir edilən gəminin ölçülərinə uyğun gəldiyini bildiriblər.

Endryu Cons yeraltı keçidlərin “Atrium” adlandırdığı mərkəzi boşluğa birləşdiyini açıqlayıb. Onun fikrincə, həmin sahələr heyvanların və insanların yerləşdirilməsi üçün nəzərdə tutulmuş ola bilər.

Torpaq nümunələrinin təhlili zamanı isə ərazinin daxilindəki torpaqda ətraf sahələrlə müqayisədə üç dəfə çox üzvi maddə və 38 faiz artıq kalium aşkarlandığı bildirilir.

Tədqiqatçıların sözlərinə görə, ötən payız aparılan qazma və skanerləmə işləri də onların fərziyyələrini gücləndirib. Belə ki, ərazinin altında bəzi mütəxəssislərin iddia etdiyi təbii qaya təbəqəsinin olmadığı irəli sürülüb.

Bununla belə, aşkar edilən tapıntıların həqiqətən Nuhun gəmisinə aid olduğu elmi cəhətdən təsdiqlənməyib. Araşdırmaçıların iddiaları hələlik fərziyyə olaraq qalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!