Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina Tixonovanın balet artisti İqor Zelenskiyadan daha bir oğlan uşağı dünyaya gətirdiyi iddia olunur.
“Yeni Sabah” Haber global-a istinadən xəbər verir ki, Rusiyanın araşdırmaçı jurnalistika qurumu “Agentstvo”nun sızdırılmış əhali qeydiyyatı sənədlərinə əsaslanan məlumatına görə, Adrian adlı uşaq 2025-ci il avqustun 15-də Moskvada doğulub.
Sənədlərdə uşağın adı Adrian İqoreviç Tixonov kimi qeyd edilib. Diqqətçəkən məqam isə onun atası olduğu bildirilən İqor Zelenskiyanın deyil, anasının soyadının kişi formasını daşımasıdır. ShopByBro
Məlumata görə, uşağın doğumu ilə bağlı rəsmi sənəd yalnız 2026-cı il iyulun 10-da, doğumundan təxminən 11 ay sonra verilib. Halbuki Rusiyada doğumun bir ay ərzində qeydiyyata alınması tələb olunur. Gecikmənin səbəbi açıqlanmayıb.
İqor Zelenskiyanın soyadının Ukrayna Prezidenti Volodimir Zelenskiy ilə eyni olması da diqqət çəkib. Lakin onların arasında məlum qohumluq əlaqəsi yoxdur.
Qeyd edək ki, Katerina Tixonova ilə İqor Zelenskiyanın münasibətləri daha əvvəl də jurnalist araşdırmalarında gündəmə gəlib. 2022-ci ildə “iStories” və Almaniyanın “Der Spiegel” nəşrinin birgə araşdırmasında Tixonovanın 2017-2019-cu illərdə Münhenə tez-tez səfər etdiyi və cütlüyün bir qız övladının olduğu iddia edilmişdi.
İqor Zelenskiya 2016-cı ildə Münhendəki Bavariya Dövlət Baletinin rəhbəri təyin olunub, 2022-ci ildə isə vəzifəsindən ayrılıb. Onun bu qərarı ailəvi səbəblərlə əlaqələndirilmişdi.
Vladimir Putinin ailə həyatı uzun illərdir ictimaiyyətdən uzaq saxlanılır. Onun Katerina Tixonova və Mariya Vorontsova adlı iki qızının olduğu məlumdur. Putinin keçmiş gimnast Alina Kabayeva ilə münasibətindən uşaqlarının olduğu barədə də müxtəlif araşdırmalar yayımlanıb. Kreml isə bu iddiaları rəsmən təsdiqləməyib.
Telegram kanalımız