Bu şəxslər mənzil alanda pulun 15 faizini dövlət ödəyəcək 

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər mənzil alanda pulun 15 faizini dövlət ödəyəcək 

Sosial

15 Dekabr 2023 08:22 5315


Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev  “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb.

“Yeni Sabah” bildirir ki, fərmanda hərbçilərin mühüm problemlərindən biri olan mənzil məsələsi də öz əksini tapıb.

Fərmana görə, 2024-2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilsin. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!