Bu şəxslərin maaşları artırılacaq – Yeni qanun

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin maaşları artırılacaq – Yeni qanun

Sosial

16 Noyabr 2023 15:24 39488


Qadınların əmək hüquqları genişləndirilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində” qeyd olunub.

Dəyişikliyə görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləyə biləcək, ezamiyyəyə cəlb oluna biləcəklər. Onlar öz razılıqları əsasında işlərə cəlb oluna biləcəklər. Bu dəyişiklik qadınların əməkhaqlarının artmasına imkan verəcək. Dördpendirli pizza

Qanun, eyni zamanda, 18 yaşına çatmamış işçilərə, eləcə də, 14 yaşına qədər uşağı tək böyüdən kişilərə də şamil olunur. Bundən əvvəl isə bu qeyd olunanlar qanunla qadağan idi. Belə ki, mövcud qanun görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləməyə qadağa qoyulmuşdu. Həmçinin, ezamiyyəyə getmələrinə də icazə yox idi.

Qeyd edək ki, qanun layihəsinə edilən dəyişikliyin əsas məqsədi ölkədə qadın və kişilər arasında əmək haqları arasında fərqi azaltmaqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elmin
    0557966666
    3 years ago
  • Əkbərova Əsmər
    Orta tibb işçilərinində maaşı artsaydı yaxşı olardı
    3 years ago
  • Çingiz
    "Onlar öz razılıqları əsasında işlərə cəlb oluna biləcəklər" yox e, məcbur işləyəcəklər. Əvvəl hamilə və az yaşlı uşağı olan analara güzəştlər edilirdi, indi edilməyəcək. Belə deyin, hamı başa düşsün.
    3 years ago
  • Emin
    Qane edici deyil
    3 years ago
  • Eliyeva Günay İlham
    Salam bes bizim maaşımız ne vaxt artacaq şenbe,bazar,bayram gunleri bize aid deyil her gün işdeyik 345 yazib 326 AZN maaş aliriq bizim maaş aşagisi 500 olmalidi her gün yol süpürüruk. Canımız tehlike qarsinda saat 6 nin yarışı gedirik işe 1 parça çörek üçün masin vurandada qanimiz batır 2 sinin qani batdi.
    3 years ago