Merkurinin Əqrəb bürcünə keçməsi ilə ünsiyyətdə səthi cavablarla kifayətlənməmək, gizli qalan məqamları araşdırmaq və keçmişdə yarımçıq qalan məsələlərə qayıtmaq istəyi arta bilər.
“Yeni Sabah” xəbər verir ki, astroloq Dinçer Günerin sözlərinə görə, 30 sentyabrda başlayan Merkuri tranziti dekabrın 6-dək davam edəcək. Bu müddətdə insanlar hadisələrin görünən tərəfi ilə kifayətlənməyərək onların arxasında nələrin dayandığını anlamağa daha çox meylli ola bilərlər.
Astroloqun sözlərinə görə, oktyabrın 24-dən noyabrın 13-dək davam edəcək Merkuri retrosu zamanı bəzi söhbətlər və keçmişdə qalmış məsələlər yenidən gündəmə gələ bilər. pizza mizza
Bu dövrdə insanların qarşı tərəfin yalnız nə dediyinə deyil, bunu niyə və hansı səbəbdən söylədiyinə də diqqət yetirməsi mümkündür. Araşdırma aparmaq, çatışmayan detalları üzə çıxarmaq və problemlərin kök səbəbini tapmaq istəyi güclənə bilər.
İş və təhsil sahəsində isə bu təsirdən məlumatları araşdırmaq, hesabatlardakı uyğunsuzluqları aşkar etmək, layihələrdəki problemlərin səbəbini müəyyənləşdirmək və mühüm görüşlərə hazırlaşmaq üçün istifadə etmək mümkün olduğu bildirilir.
Münasibətlərdə güvən, qısqanclıq və şəxsi sərhədlərlə bağlı məsələlər də diqqət mərkəzinə keçə bilər. Uzun müddətdir danışılmayan incikliklərin müzakirə edilməsi və sərhədlərin müəyyənləşdirilməsi gündəmə gələ bilər.
Astroloq bu dövrdə şübhələrin həqiqət kimi qəbul edilməməsinin vacibliyini də vurğulayır. Onun fikrincə, nədənsə şübhələnmək həmin fikrin doğru olduğunu sübut etmir.
Merkuri Əqrəb tranziti zamanı maliyyə, kreditlər, investisiyalar, metafizika və digər dərin mövzularla bağlı daha çox araşdırma aparmaq və məlumat toplamaq istəyinin də arta biləcəyi qeyd olunur.
Aydan Hacı
Telegram kanalımız