“Bu uşaqlar vələduzna olacaqlar” - Gülər Əhmədovadan qalmaqallı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Bu uşaqlar vələduzna olacaqlar” - Gülər Əhmədovadan qalmaqallı açıqlama

Sosial

24 Aprel 2022 20:25 1163


“Oxudum ki, Azərbaycanda sperma bankı yaradılır və qadınlar evlənmədən ana olmağa qərar verəcək. Bu qərarı verən adamlar humanizm və qadınlara seçim hüququ tanımaq adı altında günah və cinayət (bacı-qardaşın evlənməsi cinayət isə) işləyirlər”.

Yenisabah.az xəbər verir ki, bunu sabiq deputat Gülər Əhmədova bildirib.

G.Əhmədova bildirib ki, bu uşaqlar vələduzna olacaqlar: “Kəbindən kənar doğulan uşaqlar... Vələduznadan bu cəmiyyət nə gözləyir, onu da bilmirəm. İkincisi, atası, anası bəlli xeyli yetim var. Savab iş görüb, onlara analıq etsinlər. Üçüncüsü, ən qorxulusu, bu uşaqlar gələcəkdə bacı-qardaş olaraq evlənəcək, düşünün necə xəstə millət çevriləcəyik. Dördüncüsü, bu işdə böyük pullar qazanmaq istəyənlər, o pullar irin-qan olub həm özünüzün, həm də övladlarınızın burnundan gələcək. Beşincisi, əminəm ki, nə Prezident, nə də Vitse-prezident bilmir. Amma təcili bilmələri lazımdır...” Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!