Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri Yusif Səfərov küçəsində bu gecə saat 23:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar avtomobillərin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq .
Bu barədə “Yeni Sabah”a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. pizza
Telegram kanalımız