Bu yollarda hərəkət çətinləşib - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bu yollarda hərəkət çətinləşib - XƏBƏRDARLIQ

Sosial

27 Fevral 2023 12:08 547


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. 

İdarədən Yenisabah.az-a daxil olan məlumatda deyilir: 

“Bakıda və Abşeron yarımadasında, Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.  pizza hut

Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!