Ortamüddətli dövrdə Azərbaycanın dövlət büdcəsi gəlirlərinin strukturunda qeyri-neft-qaz sektorunun payının kəskin genişlənəcəyi proqnozlaşdırılır.
“Yeni Sabah” xəbər verir ki, Maliyyə Nazirliyinin “2027–2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi” hesabatına əsasən, büdcə gəlirlərində qeyri-neft-qaz gəlirlərinin payı 2027-ci ildəki 60.6%-dən 2030-cu ildə 69.8%-ə yüksələcək. Analoji dövrdə neft-qaz gəlirlərinin payının isə 39.4%-dən 30.2%-ə qədər azalması gözlənilir. İllər üzrə göstəricilər belə proqnozlaşdırılır: 2027-ci ildə qeyri-neft-qaz gəlirləri 60.6%, neft-qaz gəlirləri 39.4%; 2028-ci ildə qeyri-neft-qaz 64.1%, neft-qaz 35.9%; 2029-cu ildə qeyri-neft-qaz 66.9%, neft-qaz 33.1%; 2030-cu ildə isə qeyri-neft-qaz 69.8%, neft-qaz gəlirləri 30.2%.
Qeyri-neft gəlirlərinin artmasına ortamüddətli dövrdə qeyri-neft ÜDM üzrə gözlənilən sürətli artım, fiziki şəxslərin gəlir vergisi dərəcələrinin optimallaşdırılması, eləcə də elektron idarəetmənin genişlənməsi hesabına şəffaflığın yüksəlməsi və kölgə iqtisadiyyatının miqyasının azalması səbəb olacaq. pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız