Kobaxidze Bakıya gələcək

saytların hazırlanması

Evə çatdırılma

Kobaxidze Bakıya gələcək

Siyasət

21 Oktyabr 2026 12:56 101


Gürcüstanın Baş naziri İrakli Kobaxidze iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün oktyabrın sonunda Azərbaycana səfər edəcək.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili bildirib.

Onun sözlərinə görə, iclas zamanı tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirmək niyyətindədirlər: "Biz çox şadıq ki, iclası təşkil etmək mümkün oldu. Gürcüstanın Baş nazirini gözləyirik və strateji tərəfdaşlıq ruhunda irəliləməyimizə kömək edəcək ikitərəfli münasibətlərin bütün aktual məsələlərini müzakirə etməyə ümid edirik". Dominos pizza

G.Zakaraşvili Azərbaycan və Gürcüstanın xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi perspektivlərini şərh edib.

O xatırladıb ki, hər iki ölkənin xarici işlər nazirləri Hökumətlərarası Komissiyanın tərkibinə daxildirlər və qarşıdan gələn iclas çərçivəsində aktual məsələləri müzakirə edə biləcəklər:

"Ümid edirəm ki, onlar həm nazirlər səviyyəsində, həm də xarici Işlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsinin daha konkret tarixlərini razılaşdıracaqlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!