Bu Türkiyə vətəndaşlarına Azərbaycana giriş   QADAĞAN EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Bu Türkiyə vətəndaşlarına Azərbaycana giriş QADAĞAN EDİLDİ

Siyasət

21 Oktyabr 2026 13:31 605


Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı yönəlmiş açıqlamaları ilə diqqət çəkən Türkiyə vətəndaşları arzuolunmaz şəxslər elan edilib. Onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.

Bu barədə “Yeni Sabah”a təqdim olunan məlumatda bildirilir ki, qərar müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, eləcə də dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamalar nəzərə alınaraq qəbul edilib.

“Yeni Sabah” arzuolunmaz şəxslər elan edilən Türkiyə vətəndaşlarının siyahısını təqdim edir: pizza mizza

Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri;

Cem Özyurt – bloger;

Akın Duru – TV8 və Acunmedya əməkdaşı;

Dursun Eker – jurnalist, File Prodüksiyon Hizmetleri əməkdaşı;

Adem Özköse – jurnalist, siyasi analitik və yazıçı;

Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi;

Cüneyt Sezer – bloger, sosioloq, publisist və siyasi analitik;

Serhat Koyuncu – ictimai xadim;

Mikail Ayyıldız – dini yazar və araşdırmaçı;

Ahi Aratoğlu – araşdırmaçı yazar, şair və sosioloq;

Muharrem Çavuş – AK Parti Boğaziçi Gənclər Qolunun 2020–2025-ci illərdə sədri;

Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri;

Yahya Uğraş – HÜDA PAR-ın sədr müavini;

Aydın Binboğa – iqtisadçı və siyasətçi;

Hakkı Eren – “Köklü Değişim” jurnalının əməkdaşı;

Sait Seyitoğlu – HÜDA PAR-ın Batman üzrə maliyyə və inzibati işlər şöbəsinin rəhbəri;

Mehmet Boynukalın – Marmara Universitetinin ilahiyyat professoru, Ayasofya məscidinin imam-xətibi;

Okan Aytaş – jurnalist, Finansopia Medya şirkətinin sahibi;

Mert Armağan – jurnalist;

Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası və Referans nəşrlərinin jurnalisti;

Ahmet Sırrı Arvas – şair, jurnalist və yazıçı;

Yusuf Kaplan – yazıçı və jurnalist;

Erdinc Teğmen – Erte Medya şirkətinin sahibi;

Ahmet Çakar – idman şərhçisi, keçmiş futbol hakimi;

Halil Atakan Ay – ilahiyyatçı;

İsmail Kılıçarslan – TV NET və “Yeni Şafak” qəzeti ilə əlaqəli şəxs;

Murat Şahin – Akıt TV-də proqram aparıcısı;

İrfan Kaya Ülger – Akıt TV-də proqram aparıcısı;

Fatin Dağistanlı – Akıt TV-də proqram aparıcısı;

Ömer Ulutaş – Toprak Partiyasının sədri;

Ömer Faruk Gergerlioğlu – Türkiyə parlamentinin deputatı.

Bildirilib ki, Azərbaycanın suverenliyinə qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlər görülməsi davam etdiriləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!