Dambrauskas: “Onlar 3:1, hətta 4:1 hesablı qələbə qazana bilərdilər”

saytların hazırlanması

Evə çatdırılma

Dambrauskas: “Onlar 3:1, hətta 4:1 hesablı qələbə qazana bilərdilər”

İdman

21 Oktyabr 2026 13:09 81


"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Borussiya Dortmund"a qarşı mübarizəni yüksək qiymətləndirib.

“Yeni Sabah” xəbər verir ki, rəqibin səviyyəsini vurğulayan və yetirmələrinin oyunundan məmnundur:

"Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Bəzən yaxşı futbol oynaya bilərsən, lakin rəqibin gücündən çox şey asılıdır. Matç ərzində çox yaxşı qol vəziyyətləri yaratdıq, hücumda yaxşı çıxış etdik. Təəssüf ki, son nəticədə bacarmadıq. Futbolçularımla fəxr edirəm. Onlar çox gözəl oyun nümayiş etdirdilər". Dominos pizza

Dambrauskas rəqibin üstünlüklərinə və qarşılaşmanın son dəqiqələrindəki həyəcana da toxunub:

"Borussiya" həqiqətən də çox güclü futbol nümayiş etdirdi. Onlar 3:1, hətta 4:1 hesablı qələbə qazana bilərdilər. Lakin buna imkan vermədik. Hətta qarşılaşmanın sonlarında hesabı bərabərləşdirmək şanslarımız var idi. Rəqib Avropanın ən yaxşı komandalarından biridir. Bura Çempionlar Liqasıdır, oyunlar çox çətin keçir".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!