400 musiqiçi bibər qazının təsiri altında ifanı davam etdirdi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

400 musiqiçi bibər qazının təsiri altında ifanı davam etdirdi - VİDEO

Dünya

21 Oktyabr 2026 13:18 79


Fransada tələbələrin etirazına dəstək verən 400 nəfərlik orkestr, polis müdaxiləsinə baxmayaraq, Parisin Respublika meydanında təxminən 20 dəqiqə musiqi ifa edib.

“Yeni Sabah” xəbər verir ki, “Yeni Dünya Orkestri” tələbələrə dəstək verib. Tədbir üçün əvvəlcədən rəsmi icazə alınsa da, konsert başlamazdan əvvəl polis meydana bibər qazı və səs qumbaraları ilə müdaxilə edib.

Yalnız şərait tamamilə dözülməz hala gələndə musiqi dayandırılıb. Sezar pizza

Orkestrin ifa etdiyi əsərlər arasında həm siyasi mübarizə tarixində iz qoyan mahnılar, həm də məşhur filmlərin musiqiləri olub.

Orkestr “Aclıq oyunları” film silsiləsindəki “The Hanging Tree” mahnısını da ifa edib. Yüzlərlə tələbə musiqiçilərə qoşularaq mahnını birlikdə oxuyub. Bundan başqa, gənclərə ruh vermək və etirazlara diqqət çəkmək məqsədilə “Ulduz müharibələri” filmindəki “İmperator marşı”, “Qisasçılar” filminin musiqisi və Maykl Ceksonun polis zorakılığına etiraz edən “They Don't Care About Us” mahnısı səsləndirilib. Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!