Qəssab dükanlarında ətlə bağlı təhlükə: Saatlarla belə saxlanılır

saytların hazırlanması

Evə çatdırılma

Qəssab dükanlarında ətlə bağlı təhlükə: Saatlarla belə saxlanılır

Sosial

21 Oktyabr 2026 13:24 228


Ət və qiymə alarkən bir çox insan yalnız qiymətə və məhsulun görünüşünə diqqət yetirir. Halbuki ətin rəngində, qoxusunda və teksturasında baş verən dəyişikliklər onun keyfiyyəti ilə bağlı ciddi siqnallar verə bilər. Xüsusilə hazır qiymənin hansı ətdən hazırlanması, qəssab dükanlarında məhsulların necə saxlanılması və ətin evdə dondurulma qaydaları istehlakçıların diqqət etməli olduğu məqamlardandır.

Bəs xarab olmuş əti necə tanımaq olar? Ucuz qiymə almaq təhlükəlidirmi və əti dondurucuda nə qədər saxlamaq mümkündür?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, hazır qiymənin alıcının gözü qarşısında çəkilməsi daha məqsədəuyğundur: pizza

“Ət və qiymə alarkən onların teksturasına, rənginə və qoxusuna diqqət etmək lazımdır. İlk növbədə, ətin rəngi və qoxusu dəyişməmiş olmalıdır. Əgər qoxusu ağırlaşıbsa, belə əti almaqdan çəkinmək lazımdır. Eyni zamanda, ətin rəngi yaşılımtıl çalara çevrilibsə, bu, xarab olma əlaməti ola bilər. Ətin və ya qiymənin üzərində şirələnmə varsa, toxunduqda səthi həddindən artıq yapışqan və sürüşkən hiss edilirsə, həmin məhsuldan uzaq durmaq məsləhətdir.

Lakin bütün hazır qiymələrin keyfiyyətsiz olduğunu demək düzgün deyil. Bəzi istehsalçılar ətin bud, qol və qabırğa kimi hissələrinin doğranması zamanı qalan yararlı qırıntılarından istifadə edərək qiymə hazırlayırlar. Əgər həmin ət təzədirsə, çirklənməyibsə və düzgün şəraitdə saxlanılıbsa, ondan qiymə hazırlanması normaldır. Belə məhsullar daha münasib qiymətə satıla bilər. Ancaq bazar qiymətindən xeyli ucuz olan qiymələrə şübhə ilə yanaşmaq lazımdır”.

A.Salamov qeyd edib ki, əridilmiş əti yenidən dondurmaq məsləhət görülmür:

“Ət alarkən onun hansı şəraitdə saxlanılmasına da diqqət yetirilməlidir. Bəzi qəssabların əti saatlarla açıq havada, otaq temperaturunda saxlaması düzgün deyil. Ətin satış və saxlanma müddətində soyuducu vitrində qorunması vacibdir. Ət soyuducudan kənarda kəsilə, emal oluna və porsiyalara bölünə bilər, lakin saxlanıldığı yer soyuducu olmalıdır.

Ət və ya qiymə alınarkən onları əvvəlcədən kiçik porsiyalara bölüb dondurmaq daha məqsədəuyğundur. Belə olduqda hər dəfə yalnız istifadə ediləcək miqdarı götürmək mümkündür.

Qiyməni dondurucuda təxminən bir aya qədər saxlamaq tövsiyə olunur. Parça əti isə düzgün qablaşdırıldıqda və dondurucuda sabit temperaturda saxlanıldıqda üç aya qədər qorumaq mümkündür”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!