Xəyyam Nisanov doğum günü ilə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, Əməkdar artisti bu dəfə ad gününü ətrafındakı insanlara təşəkkür etməklə qeyd etmək istədiyini bildirib:
“Ad günündə adətən yekunlar vurulur, amma mən sadəcə təşəkkürümü bildirmək istəyirəm. Tanrıya - həyat və yaşadığımız hər gün, ailəmə - sevgi, anlaşma və daimi dəstək, dostlarıma - sədaqət, istilik və hər an köməyə gəlməyə hazır olduqları, dinləyicilərim və tamaşaçılarıma - bizimlə olduğunuz, sədaqətiniz və inanılmaz enerjiniz, musiqili kollektivimə - peşəkarlıq və daima gözəl musiqi yaratdığımız üçün təşəkkür edirəm. Yaxşı ki, varsınız”. Pepperoni pizza
Telegram kanalımız