Əvvəl pul aldı, sonra yoxa çıxdı -   Vəzifəli şəxs belə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Əvvəl pul aldı, sonra yoxa çıxdı - Vəzifəli şəxs belə saxlanıldı

Hadisə

21 Oktyabr 2026 12:50 153


Daxili İşlər Nazirliyi (DİN) fərdi evlərin tikintisi və təmiri adı altında vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə şübhəli bilinən şirkət rəhbərini saxlayıb.

“Yeni Sabah” xəbər verir ki, hüquq-muhafizə organlarının keçirdiyi tədbirlər nəticəsində "Elsevər" adlı tikinti şirkətinin rəhbəri Elsevər Əliyevin qanunsuz əməlləri aşkar olunub.

Tədqiqatlar zamanı məlum olub ki, E.Əliyev fərdi mənzilin təmirlə bərpası üçün müraciət edən vətəndaşdan ümumilikdə 888 min 731 manat məbləğində vəsait alıb. Lakin o, öhdəsinə götürdüyü işləri icra etməyib. Keçirilən ekspertiza qiymətləndirməsinə əsasən, obyektdə faktiki olaraq cəmi 317 min 160 manatlıq iş görülüb, qalan 571 min manatdan çox vəsait isə mənimsənilib. Sezar pizza

Bundan əlavə, həmin şəxsin başqa bir vətəndaşı da oxşar üsulla aldatdığı müəyyən edilib. O, tikinti-təmir bəhanəsi ilə digər zərərçəkəndən mərhələli şəkildə 450 min manat alsa da, işləri yarımçıq buraxıb. Həmin şəxs də rəsmi olaraq zərərçəkən qismində tanınıb və lazımi ekspertizalar təyin olunub.

Toplanan materiallar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb. İstintaq prosesindən yayınaraq gizlənən E.Əliyev haqqında axtarış elan olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, polis əməkdaşları tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!