“Bunu etmək namussuzluqdur, heç bir kişi...”   - Elçin Şıxlı

saytların hazırlanması

Evə çatdırılma

“Bunu etmək namussuzluqdur, heç bir kişi...” - Elçin Şıxlı

Sosial

15 Mart 2023 13:10 10253


"Papaq atmaq namussuzluqdur".

Yenisabah.az xəbər verir ki, bunu Əməkdar jurnalist Elçin Şıxlı deyib.

O, Azərbaycanın ən gözəl bayramlarından biri olan Novruzun unudulan və təhrif olunan adət-ənənələrdən danışıb. Pepperoni pizza

Bir həqiqət budur ki, əvvəllər insanlar bəzi adətlərə əməl etsələr də, son illər onlar ya yadırğanıb, ya da unudulub. Bir çoxları İlaxır Çərşənbədə qapı pusmağı özünə eyib sayır, digərləri qapıya papaq atmanı kişiliyə təhqir kimi yozur. 

Elçin Şıxlı da son fikirlə razılaşır:

“Novruz bayramı min illərdən bizə gəlib çatmış bayramdır. Min illərdi unudulmayıbsa, indi də unudulmayacaq. Bəzi insanlar adət-ənənələri unuda bilər, amma ümumən deyə bilərik ki, əksəri unudulmur.

Azərbaycanda papaq namus, qeyrət simvoludur. Qapıya papaq atmaq namussuzluqdur.

Tarix boyu heç bir kişi papağını çıxarıb qapıya atmayıb. O vaxtlar evlərin bacası olub, bacadan evin içinə torba atıblar. Amma indi evlərin bacası yoxdur. Papaq atma isə millətə təhqirdir”.

Şəhla Ağazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!